• 20:30 – Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb 19:55 – “Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov 19:21 – Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR 18:45 – İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ 17:51 – Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı 
  • 09:24 – Qarabağ cəbhəsində erməni təxribatı 
  • 11:40 – Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir 
  • 17:51 – Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı 

Trampın 4 günlük önəmli səfəri

Öncədən də xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp bu gün İngiltərəyə səfərə gedir.

VOİCEPRESS.AZ xəbər verir ki, Trampın İngiltərə və Şotlaniyaya edəcəyi səfər 4 gün davam edəcək. O, Baş nazir Tereza Mey və Kraliça II Yelizaveta ilə görüşəcək.

Trampın səfəri ilə İngiltərədə etiraz aksiyalarının başlanması da gözlənilir. Trampın proqramı Oksfordşaydəki Blenhaym sarayında şərəfinə veriləcək ziyafətlə başlayacaq. 100 dəvətlinin olacağı ziyafətdən sonra hərbi mərasim təşkil ediləcək.

Ziyafətdən sonra Tramp Londona gələrək gecəni ABŞ səfirinin "Regents" parkındakı iqamətgahında keçirəcək. İqamətgah Londonda mərkəzi məscidin yaxınlığında yerləşir.

ABŞ prezidentinin cümə günü proqramı Mey ilə adı açıqlanmayan bir hərbi obyekti ziyarətlə başlayacaq.

İngiltərə və ABŞ-ın hərbi əməkdaşlığının məhsulu olan texnologiyalardan ibarət şou təşkil ediləcək. Daha sonra Meyin iqamətgahı Çequersda iş yeməyi olacaq. Liderlərin görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Günortadan sonra Vindsor şəhərinə gedəcək Tramp Kraliça II Yelizaveta ilə görüşəcək.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter