Britaniya Atlantikada aktivləşir

Dünya

243

Britaniya Atlantikada aktivləşir
Britaniya Şimali Atlantikadakı hərbi mövcudluğunu artırmaq niyyətindədir.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu “Skay Nyus”a müsahibəsində Britaniya Kral Donanmasının rəhbəri admiral Filip Cons deyib. Onun sözlərinə görə, London bu qərar aRusiyadan artan təhdidə görə gəlib.

O, Britaniya Hərbi Dəniz Donanmasının ambisiyalarının ciddi problemlərlə üzləşə biləcəyini deyib:

“Şimali Atlantika bizim üçün prioritet region olacaq. Burada birgə əməliyyatlar üçün yeni rayonlar yaradılacaq. Bu isə hərbi gəmilər və təyyarələrə tez-tez əməliyyatlar keçirməyə imkan verəcək. Biz bu addımı Rusiya donanmasının hərbi potensialı və miqyasının böyüməsinə cavab olaraq atırıq”.

Qeyd edək ki, Britaniya Arktikanın araşdırılmasına başlayacağını da bəyan etmişdi.

VOİCEPRESS.AZ

Ранее » Mağarada qalmış 12 uşaqdan 4-ü xilas edilib« Далее Britaniyanın yeni xarici işlər naziri məlum olub
Flag Counter