• 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 12:36 – Ukraynada 20 Yanvar Bakı qırğını ilə bağlı silsilə filmlər hazırlanacaq 11:20 – Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan 1-i ləğv edilir, 6-sı isə birləşdirilir - SİYAHI 11:06 – Hansı məmurlara xidməti avtomobil veriləcək? - Prezidentdən TAPŞIRIQ - Siyahı hazırlanacaq 10:34 – “İdaretmə aparatı çox şişmişdi” - Deputat Prezidentin son islahatlarını yüksək dəyərləndirdi 
  • 21:46 – “Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi 
  • 18:10 – Dubayda “Azərbaycan Ticarət Evi” açıldı 
  • 23:07 – Güclü külək Bakıda fəsadlar törətdi 

Prezident ölkənin adının dəyişdirilməsini rədd edib

Makedoniya prezidenti Qeorqe İvanov Skopye ilə Afina arasında imzalanmış, ölkənin adının dəyişdirilməsini nəzərdə tutan müqavilə ilə razılaşmadığını bəyan edib. VOİCEPRESS.AZ xarici mediaya istinadən xəbər verir ki, bu müqavilə cəmiyyəti birləşdirmək əvəzinə, onu ayırır.

Prezident qeyd edib ki, Makedoniya xalqının və Makedoniya Respublikasının vətəndaşlarının ləyaqətini pozmayacaq həll üçün çalışacaq.

Qeorqe İvanovun sözlərinə görə, müqavilə ölkə konstitusiyasını pozur: “Makedoniyanın NATO və Avropa İttifaqına can atması bu addıma haqq qazandırmır. Bu mənim yekun mövqeyimdir. Təzyiq, şantaj və təhdidlərlə məni sarsıtmağa imkan verməyəcəyəm. Bu zərərli müqaviləni təsdiq etməyəcəyəm”.

Qeyd edək ki, bundan əvvəl Yunanıstan və Makedoniya arasında Makedoniya Respublikasının adının dəyişdirilməsinə dair razılığın əldə olunduğu bildirilirdi. Makedoniyanın baş naziri Zoran Zayev ölkənin Şimali Makedoniya adlandırılacağını bəyan etmişdi.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter