DÇ-2018: Açılış mərasimində iştirak edəcək müğənnilər müəyyənləşdi

Dünya / Sport

297

DÇ-2018: Açılış mərasimində iştirak edəcək müğənnilər müəyyənləşdi
Britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina Rusiyadakı futbol üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcəklər.

VOİCEPRESS.AZ
xəbər verir ki, tədbirə Braziliya yığması ilə ikiqat dünya çempionu olmuş Ronaldo da qatılacaq.

Mundialın açılışı iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. Mərasim Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı ilk qarşılaşmadan yarım saat əvvəl - Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, 11 şəhərdəki 12 stadionda keçiriləcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.

VOİCEPRESS.AZ


Ранее » Ramzan Kadırov Salahla görüşmək üçün stadiona gəldi« Далее Mundiala bir gün qalmış İspaniya millisində şok: baş məşqçi ...
Flag Counter