• 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 12:36 – Ukraynada 20 Yanvar Bakı qırğını ilə bağlı silsilə filmlər hazırlanacaq 11:20 – Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan 1-i ləğv edilir, 6-sı isə birləşdirilir - SİYAHI 11:06 – Hansı məmurlara xidməti avtomobil veriləcək? - Prezidentdən TAPŞIRIQ - Siyahı hazırlanacaq 10:34 – “İdaretmə aparatı çox şişmişdi” - Deputat Prezidentin son islahatlarını yüksək dəyərləndirdi 
  • 21:46 – “Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi 
  • 18:10 – Dubayda “Azərbaycan Ticarət Evi” açıldı 
  • 23:07 – Güclü külək Bakıda fəsadlar törətdi 

Zukerberq və “WhatsApp” yaradıcıları nəyin üstündə mübahisə ediblər?

"WhatsApp"ın yaradıcıları Yan Kum və Brayan Akton son illər messencerin inkişafının biznes modelinin necə olması mövzusunda "Facebook"un qurucusu və rəhbəri Mark Zukerberq və şirkətin əməliyyat direktoru Şeril Sandberq ilə mübahisə ediblər.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Mübahisə istifadəçilərin şəxsi məlumatlarının istifadəsi ilə bağlı olub. Zukerberq və Sandberq reklam modelinin tərəfdarı olublar və istifadəçilərin informasiya mübadiləsindən yararlanaraq onlara ünvanlı reklamların göstərilməsini istəyiblər. Kum və Akton isə bu cür gəlir qazanmaq metoduna nifrətlə yanaşaraq gizliliyin qorunmasının qatı tərəfdarı kimi çıxış ediblər. Məlumatlı mənbə tərəflərin münasibətlərinin "passiv-aqressiv" kimi qiymətləndirib. Zaman keçdikcə hər iki tərəf öz opponentlərinin yanaşmalarından daha çox məyus olub, nəticədə B. Akton 2017-ci ilin sentyabrında, Y. Kum isə 2018-ci ilin mayında istefaya gedib.

Xatırladaq ki, "Facebook İnc." "WhatsApp"ı 2014-cü ildə 22 milyard dollara əldə edib. Bu, sosial şəbəkənin ən bahalı yatırımıdır. Məsələn, müqayisə üçün deyək ki, "Facebook" "Instagram"ı 736 milyon dollara, virtual reallıq eynəkləri hazırlayan "Oculus VR" şirkətini isə 2,30 milyard dollara satın alıb.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter