Kim Çenin oxşarı Sinqapura özündən əvvəl getdi

Dünya / Maraq

414

Kim Çenin oxşarı Sinqapura özündən əvvəl getdi
Sinqapur polisi Şimali Koreya lideri Kim Çen İnin oxşarı, parodiyaçı artist Hovard İski saxlayıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, Honkonqdan olan artist polis bölməsində 2 saatdan artıq dindirilib.

İsk Sinqapura Donald Tramp və Kim Çen İn arasında keçiriləcək görüşə qarşı təşkil olunacaq etiraz aksiyalarında iştirak etmək üçün gəlib. Onun sözlərinə görə, polislər onu Sinqapur hava limanında saxlayıblar, çantasını yoxlayıblar və təxminən 2 saat ərzində dindiriblər. Polislər ona Sentos adasından və “Şangri-La” otelindən uzaq durmağı tapşırıblar.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn Sentos adasında yerləşən “Kapella” otelində görüşəcəklər. Donald Tramp Sinqapur səfəri zamanı “Şangri-La” otelində qalacaq.

VOİCEPRESS.AZ


Ранее » Facebook-da 14 milyondan çox istifadəçinin sirləri YAYILDI« Далее Zukerberq və “WhatsApp” yaradıcıları nəyin üstündə mübahi...
Flag Counter