Venesuelada çevrilişlə bağlı bir neçə hərbçi həbs olundu

Dünya

270

Venesuelada çevrilişlə bağlı bir neçə hərbçi həbs olundu
Venesuela Prezidenti ölkədə baş verə biləcək hərbi çevriliş cəhdləri ilə əlaqədar bir neçə hərbçinin həbs edildiyini bildirib.

VOİCEPRESS.AZ
“Noticias Venezuela” portalına istinadən xəbər verir ki, həbs edilənlər Venesuela silahlı qüvvələrinə qarşı iş birliyində və dövlət çevrilişində ittiham edilirlər.

“Onlara qarşı təqdim olunan ittihamlardan sonra, günahlarını qəbul ediblər. Onlar Kolumbiyadan olan xainlərdən dollarlar alaraq öz şərəf, əxlaq və Silahlı qüvvələrimizə olan sədaqətlərinə xəyanət etdiklərini boyunlarına alıblar” – Maduro ölkənin Milli Qurucu Yığıncağında bəyan edib.

Onun sözlərinə görə həmin hərbçilər Kolumbiya hökuməti və ABŞ səfirliyi tərəfindən maliyyələşib.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri mayın 20-də keçirilib. Seçkilərdə 68 % səs çoxluğu ilə qalib gələn Nikolas Maduronun mayın 24-də andiçmə mərasimi olub. ABŞ başda olmaqla bir sıra dövlətlər seçkilərdə qanun pozuntularının olduğunu iddia edib.

VOİCEPRESS.AZ


Ранее » 298 nəfərə məzar olan təyyarəni kim vurub?« Далее Poznanda AXC-nin 100 illiyi qeyd olunub
Flag Counter