ABŞ yeni nüvə bombası yaradır

Dünya / Manşet

486

ABŞ yeni nüvə bombası yaradır
ABŞ Nümayəndələr Palatası 2019-cu ilin hərbi büdcəsində kiçik təsirə malik yeni nüvə başlıqlarının yaradılmasına ayrılacaq maliyyənin azaldılması ilə bağlı düzəlişi dəstəkləməyib.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə məlumatı “Defens Nyus” saytı yayıb. Sayt düzəliş əleyhinə 435 konqresmendən yalnız 188-nin səs verdiyini bildirib. Respublikaçılar Partiyasından olan konqresmenlər bu proqramın Rusiyanın qarşısının alınması üçün nəzərdə tutulduğunu bəyan ediblər.

Qeyd edək ki, yeni nüvə başlıqları W76-2 olacaq. Kiçik təsir gücünə malik olacaq bu nüvə başlıqları Trident II ballistik raketlərinə yerləşdiriləcək.

VOİCEPRESS.AZ


Ранее » ABŞ-dan Kim Çenə xəbərdarlıq: Sonun Qəzzafi kimi olar« Далее Merkel: "Avropa şirkətləri İranı tərk edəcək"
Flag Counter