Rusiyada 9 nazir dəyişdi - Hökumətin yeni TƏRKİBİ

Dünya / Manşet

1 107

Rusiyada 9 nazir dəyişdi - Hökumətin yeni TƏRKİBİ
Rusiyanın yeni hökumətinin tərkibi təsdiqləndi.



VOİCEPRESS.AZ
Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident Vladimir Putin baş nazirin ona təqdim etdiyi bütün siyahını təsdiq edib

Nazirlər Kabinetinin sədri Dimitri Medvedev bu dəfə təqdim etdiyi siyahıda baş nazirin müavinlərinin sayını 7-dən 10-a çatdırıb.

Təhsil Nnazirliyi iki nazirliyə - Təhsil Nazirliyi və Elm və Ali Təhsil Nazirliyinə bölünüb.
Medvedevin təqdim etdiyi yeni hökumətin tərkibində 21 nazir olacaq. Onlardan 9-u yeni nazir olacaq.

VOİCEPRESS.AZ yeni təyin olunmuş nazirlərin siyahısını təqdim edir:


Təhsil naziri - Olqa Vasilyeva;

Elm və ali təhsil naziri - Mixail Katyukov;

Təbii ehtiyatlar və ekologiya naziri - Dmitri Kobılkin;

Şimali Qafqaz üzrə işlər naziri - Sergey Çebotarev;

Tikinti və yaşayış naziri - Vladimir Yakuşev;

Rəqəmsal inkişaf, rabitə və kütləvi əlaqə naziri - Konstantin Noskov;

Mülki müdafiə və fövqəladə hallar naziri - Evgeni Zintsev;

Nəqliyyat naziri - Yevgeniy Ditrix;

Kənd təsərrüfatı naziri - Dmitri Patruşev.

Baş nazir Dmitri Medvedevin 10 yeni müavini olacaq. Onlar birinci müavin - maliyyə naziri Anton Siluanov, Konstantin Çuyçenko (hökumət Aparatının rəhbəri), Olqa Qolodets (idman və mədəniyyət), Tatyana Qolikova (sağlamlıq və pensiya islahatı), Vitali Mutko (tikinti və regional siyasət), Dmitri Kozak (Sənaye və Enerji), Yuri Trutnev (Uzaq Şərq Federal Dairə başçısının elçisi) Aleksey Qordeyev (kənd təsərrüfatının inkişafı), Yuri Borisov (müdafiə-sənaye kompleksi), Maksim Akimov (iqtisadiyyatın rəqəmləşdirilməsi və kommunikasiya məsələləri).



VOİCEPRESS.AZ


Ранее » Merkel Putinlə görüşdə rusca danışdı« Далее Qroznıda kilsəyə basqın olub, insanları girov götürmək istəy...