Tramp Koreya liderinə: “Sonun Qəddafi kimi olacaq”

Dünya

1 071

Tramp Koreya liderinə: “Sonun Qəddafi kimi olacaq”
Donald Tramp Kim Çen Ina zirvə görüşündən imtina edərsə, sonunun Qəddafi kimi olacağı ilə bağlı xəbərdarlıq edib.

VOİCEPRESS.AZ
xarici KİV-ə əsasən xəbər verir ki, ABŞ-ın dövlət başçısı Donald Tramp Şimali Koreya ilə planlaşdırılan zirvə görüşünün reallaşması müqabilində Kim Çen Ina hakimiyyətini qoruması üçün təminat verməyə hazır olduqlarını bildirib. Tramp qeyd edib ki, Kim Jonq Un ölkəsində qalacaq və ölkəni idarə edəcək.

Qeyd edək ki, Şimali Koreya rəhbərliyi 12 iyunda Sinqapurda keçirilməsi nəzərdə tutulan zirvə görüşünü ləğv etməsi ilə bağlı ABŞ tərəfini təhdid etmişdi. ABŞ rəhbərliyi isə cavabında belə olacağı təqdirdə Kim Jonq Unun sonunun Liviya lideri Müəmmar Qəddafi kimi olacağını bildirib.

Donald Tramp qeyd edib ki, Şimali Koreyanın zirvə görüşündən imtina etməsində Çin rəhbərliyinin rolu ola bilər.Belə ki, qısa müddət ərzində Çin və Şimali Koreya rəhbərləri iki dəfə bir araya gəlmişdi.

VOİCEPRESS.AZ


Ранее » Yeni Zelandiya yaxınlığında 6,1 ballıq zəlzələ oldu« Далее Sərnişin təyyarəsi qəzaya uğrayıb - 100-dən çox ölü
Flag Counter