“RİA Novosti Ukrayna” Agentliyinin baş redaktoru həbs edildi

Dünya

801

“RİA Novosti Ukrayna” Agentliyinin baş redaktoru həbs edildi
Bu gün Ukraynanın Xerson məhkəməsi "RİA Novosti Ukrayna" İnformasiya Agentliyinin baş redaktoru Kiril Vışinski haqqında iyulun 13-dək həbs qətimkan tədbiri seçib.

VOİCEPRESS.AZ
-ın məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, baş redaktorun vəkili həbs cəzasının digər bir cəza növü ilə əvəzlənməsini istəsə də, hakim onun bu xahişini nəzərə almayıb. Məhkəmədə Vışinski Rusiya və Ukrayna pasportlarını daşıdığını etiraf edib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti mayın 15-də "RİA Novosti Ukrayna" İnformasiya Agentliyinin Kiyev ofisində axtarış aparmışdı. Kiril Vışinski dövlətə xəyanətdə şübhəli şəxs kimi saxlanılmışdı.

VOİCEPRESS.AZ


Ранее » Merkel: "Putinlə İran, Suriya və Ukraynanı müzakirə edəcəyik...« Далее Putin Soçidə Bəşər Əsədlə görüşüb
Flag Counter