Netanyahunun oğlu türkləri təhqir etdi

Dünya

576

Netanyahunun oğlu türkləri təhqir etdi
ABŞ səfirliyinin Qüdsə köçürülməsi səbəbi ilə Qəzzada etiraz aksiyalarının davam etdiyi dönəmdə İsrailin baş naziri Benyamin Netanyahunun oğlu bütün diqqətləri öz üzərinə çəkib.

VOİCEPRESS.AZ
Sputnik Türkiyə-yə istinadla xəbər verir ki, yəhudi baş nazirin oğlu Yair Netanyahu Türkiyə ilə bağlı paylaşım edib. O, şəxsi Instagram hesabının "story" hissəsində türkləri təhqir edib.

Qəzza məsələsinə görə Türkiyə ilə İsrail arasında yaranan gərginlik buna səbəb kimi göstərilir.

O, paylaşım etdikdən bir neçə saat sonra Instagram hesabını bağlayıb.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi may ayının 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 2 min 770-dən çox fələstinli yaralanıb.

VOİCEPRESS.AZ


Ранее » Yeni Zellandiyada zəlzələ - 5,8 bal« Далее İsrail Qəzzanı yenə bombaladı
Flag Counter