• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Ortodoks yəhudilər Ərdoğana dəstək istədi: İsrail dağılsın!

ABŞ və İngiltərə İsrailə yardım etməyin yəhudi xalqının lehinə olmadığını anlamalıdır.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri Londonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən “Neturey Karto” ortodoks yəhudi camaatının nümayəndəsi Hamam Bek jurnalistlər qarşısında çıxışı zamanı deyib.

“Bu gün dünyada yəhudi xalqı üçün ən təhlükəli ölkə İsraildir. Sionistlərə kömək etmək yəhudi xalqının mənafeyinə uyğun deyil. Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidentinin etdiyini təkrarlayın və səfirliyinizi oradan geri çağırın. Ortaya çıxın və açıq şəkildə İsrail dövlətinə qarşı olduğunuzu söyləyin. İşğalçılara qarşıyıq. Bölgəyə sülh gətirmək istəyirik. Yəhudilər olaraq bizlər İsrail dövlətinin sülh yolu ilə tamamilə dağıdılması üçün dua edirik. İki dövlət də istəmirik. Tək dövləti, dənizdən çaya qədər Fələstin xalqının geri dönməsini istəyirik. Orada yəhudilər və müsəlmanlar birlikdə sülh içində yaşaya bilərlər”.

Qeyd edək ki, “Neturey Karto” arami dilində şəhərin gözətçiləri mənasını verən bir tamlama olub, sionizm əleyhdarı bir ortodoks yəhudi camaatıdır. Məsih gəlmədən qurulmuş olan İsrail dövlətinin etibarlı bir dövlət ola bilməyəcəyini iddia edirlər.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter