• 23:34 – NATO-nun baş katibi Gürcüstana gəlir 22:00 – İraqda bərə qəzası: ölü sayı 71-ə çatdı - YENİLƏNİB 21:19 – Bakıda mebel sexi yanıb 20:41 – XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır” 18:16 – Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi 
  • 15:52 – Əli Həsənov: "Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək" 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 

NATO-dan Rusiyaya qarşı Ukrayna qərarı

ABŞ, Almaniya, İtaliya, Britaniya və Fransa liderləri Ukraynaya dəstək nümayiş etdirmək məqsədilə prezident Pyotr Poroşenko ilə birgə NATO ailə fotosu çəkdirib.

VOİCEPRESS.Az-ın məlumatına görə, Varşavanın ev sahibliyi etdiyi NATO sammitində Kiyevin alyansla əməkdaşlığını gücləndirməsi və ölkənin şərqində Rusiyayönümlü üsyançılara qarşı mübarizədə dəstək olmaq məqsədilə liderlər Ukraynaya hərtərəfli yardım paketi razılaşdırılıb.
Bu barədə ictimayyəti NATO baş katibi Yens Stoltenberq Ukrayna prezidenti ilə birgə mətbuat konfransında məlumatlandırıb. Yardım paketinin məqsədi ilk növbədə Ukrayna ordusunun gücləndirilməsidir. Planda kiber müdafiə, maddi texniki təchizat yaralıların reabilitasiyası və digər sahələrdə yardım və dəstək nəzərdə tutulur

“Şərqi Ukraynada davam edən münaqişənin yaratdığı çətinliklərə baxmayaraq, Ukrayna geniş islahatlar həyata keçirməyi və korrupsiyaya qarşı mübarizədə səyləri artırmağı öhdəsinə götürüb. Bu islahatların keçirilməsi vacibdir. Ukraynanın müdafiə və təhlükəsizlik orqanlarının daha effektiv, daha səmərəli və daha məsuliyyətli fəaliyyəti üçün NATO lazımı tövsiyyərini verir və məqsədyönlü dəstək göstərir. Bugün imzaladığımız hərtərəfli yardım paketi elə bu məqsəd daşıyır. Ötən il qurduğumuz trest fondları artıq Ukraynaya kiber-müdafiə, maddi-texniki təchizat və yaralıların reabilitasiyası kimi sahələrdə yardım göstərir. Gələcəkdə biz partlayıcılarla bağlı təhdidlərə qarşı mübarizədən tutmuş hibrid müharibəyə kimi digər sahələrdə də əməkdaşlıq edəcəyik. Demokratiya və qanununaliliyinə sadiq olan, suveren, müstəqil və sabit Ukrayna Avro-Atlantik təhlükəsizlik üçün ən vacib məsələdir. Cənab prezident, NATO Ukraynanın buna nail olmasına yardım göstərməkdə qərarlıdır", - Yens Stoltenberq bildirib.
Stoltenberq Ukraynanın NATO-ya üzvlük məsələsinin indiki zamanda gündəmdə olmadığını xüsusi olaraq qeyd edib. “Bugünki prioritet islahatların davam etdirilməsi və korrupsiyaya qarşı mübarizədir” deyə Stoltenberq bildirib .

Ukrayna prezidenti Pyotr Poroşenko isə öz yerində bildirib ki, Kiyevlə alyansın əməkdaşlığı daha geniş tərəfdaşlıq statusuna çevrilə bilər.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter