İtkin asteroid Yerə yaxınlaşır
- 14.05.2018, 14:06,
- Dünya / Maraq
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
VOİCEPRESS.AZ xəbər evrir ki, bu barədə Britaniyanın “Northolt Branch” rəsədxanası məlumat yayıb.
Bu asteroid ilk dəfə Arizonadakı Katalin səma görüntüsü ilə 2010-cu ilin 30 noyabrında qeydə alınmışdı. Astronomlar onu dekabrın 1-nə kimi müşahidə edə bilmişdilər.
Daha sonra asteroid yoxa çıxdı. 8 il sonra 2010 WC9 yenidən peyda oldu.
Asteroidin Yerə yaxınlaşması mayın 16-da baş verəcək. Planetimizin 203 min kilometr uzaqlığından keçəcək 2010 WC9 asteroidinin sürəti saatda 46 min kilometr olacaq. Onun diametrinin 60-130 metr olduğu bildirilir.
Astronomlar bildiriblər ki, asteroidin Yerlə toqquşma ehtimalı yoxdur.
VOİCEPRESS.AZ