Lavrov: "Qolan yüksəkliklərində İranla İsrail arasında yaşanan gərginlik Rusiya tərəfindən araşdırılır"

Dünya

999

Lavrov:
İran və İsrail arasında artan gərginliyin həyəcan təbili çaldığı qənaətindəyik.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Bütün problemlərin dialoqla həll edilməsinin tərəfdarıyıq. İsrail tərəfi ilə aparılan danışıqlarda tərəflərə gərginlikdən uzaq durmağa çağırış edilib. Prezident Vladimir Putinlə İsrail Baş naziri Benyamin Netanyahu arasında dünənki danışıqda da bu barədə fikir mübadiləsi aparıldı”, - XİN rəhbəri bildirib.

Lavrov onu da əlavə edib ki, Qolan yüksəkliklərində İranla İsrail arasında yaşanan gərginlik Rusiya tərəfindən araşdırılır.

VOİCEPRESS.AZ


Ранее » Merkel: "Avropa daha ABŞ-a güvənməməlidir"« Далее ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Flag Counter