Obama Avropa səfərini tez başa vuracaq

Dünya / Manşet

3 193

Obama Avropa səfərini tez başa vuracaq
ABŞ prezidenti Barak ObamaAvropa səfərini planlaşdırılandan bir gün tez başa vuracaq.

VOİCEPRESS.Az "Report"a istinadən bildirir ki, Ağ evin mətbuat katibi Coşua Ernest bu haqda jurnalistlərə açıqlamasında gələn həftənin əvvəli hadisə baş verən şəhərə gedəciyini bildirib.
Onun sözlərinə görə, buna səbəb iyulun 8-də ölkənin Texas ştatının Dallas şəhərində 5 polisin ölümü ilə nəticələnən kütləvi atışmadır.
C.Ernest deyib ki, Barak Obama Dallasın meri Maykl Roulinqs tərəfindən şəhərə dəvət edildiyindən bazar günü,iyulun 10-da axşam Avropa səfərini başa vuraraq, ora yol düşəcək.
Xatırladaq ki, iki nəfər Dallasda polis zorakılığına qarşı keçirilən nümayişlər zamanı asayişi qoruyan polis əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində iki mülki vətəndaş, 7 polis əməkdaşı da yaralanıb.


VOİCEPRESS.AZ

Ранее » Birləşmiş Krallıq Əfqanıstandakı hərbçilərin sayını artır...« Далее ABŞ Rusiya diplomatlarını ölkədən çıxardı