• 23:34 – NATO-nun baş katibi Gürcüstana gəlir 22:00 – İraqda bərə qəzası: ölü sayı 71-ə çatdı - YENİLƏNİB 21:19 – Bakıda mebel sexi yanıb 20:41 – XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır” 18:16 – Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi 
  • 15:52 – Əli Həsənov: "Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək" 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 

Birləşmiş Krallığı qadın idarə edəcək?

Böyük Britaniyanın Mühafizəkarlar partiyasının rəhbəri və ölkənin baş naziri 26 il sonra yenidən qadın olacaq. VOİCEPRESS.Az-ın "Tass" inormasiya agentliyinə istinadən verdiyi məlumata görə, bunu mühafizəkar deputatların keçirdiyi səsvermənin ikinci raundunu nəticələri göstərir.

Partiya liderinin müəyyənləşdirilməsi üzrə keçirilən kampaniyanın finalına iki qadın lider yüksəlib – 199 səs toplamış DİN rəhbəri Tereza Mey və 84 - energetika nazirinin müavini Andrea Lidsom.

Böyük Britaniyanın tarixində bundan öncə ilk qadın baş naziri 1979-1990 illərdə Marqaret Tetçer olub.
Böyük Britaniyanın baş naziri Devid Kemeron 3 aydan sonra istefa verəcək, bunu baş nazir özü bəyan edib. Onun sözlərinə görə, referendumun nəticələrinin açıqlanmasından sonra ölkəyə yeni liderlər lazım olacaq.
O həmçinin qeyd edib ki, referendumun nəticələri britaniyalıların həyatında kəskin dəyişikliklərə səbəb olmayacaq. Referendumda iştirak edən seçicilərin əsas hissəsi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.

"Brexit"in (Böyük Britaniyanın Aİ-dən çıxma prosesi) tərəfdarlarının sayı 52% təşkil edib. Kemeron Britaniyanın Aİ-yə üzv qalmasının tərəfdarı idi. O iddia edirdi ki, britaniyalıların ölkənin Aİ-dən çıxmasına səs verməsi Avropadakı sülhü təhdid edə bilər.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter