Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib

Dünya / YanPress

702

Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib
Avropa İttifaqı Ermənistanda etiraz aksiyaları zamanı saxlanılanların azadlığa buraxılmasını tələb edib.

VOİCEPRESS.AZ
-ın TASS-a istinadən verdiyi məlumata əsasən, qurum həmçinin tərəfləri təmkinli olmağa çağırıb.

"Öz qanuni hüquqlarının həyata keçirilməsi zamanı qeyri-qanuni saxlanılan hər bir kəs dərhal azad olunmalıdır", deyə Aİ-nin bəyanatında bildirilir.

Qeyd edək ki, bu gün Yerevanda hüquq-mühafizə orqanlarının əməkdaşları 228 nümayişçini saxlayıb.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

VOİCEPRESS.AZ


Ранее » Xaricdəki ermənilər də ayağa qalxdı« Далее Moskva: “Baş verənlər Ermənistanın daxili işidir”