Suriya ilə bağlı saxta xəbər yayan TV kanalı üzr istədi

Dünya

405

Suriya ilə bağlı saxta xəbər yayan TV kanalı üzr istədi
İsveçin televiziya kanalı TV4-də Suriya ilə bağlı saxta xəbər hazırlanıb.

VOİCEPRESS.AZ
sputniknews-a istinadla xəbər verir ki, süjetdə altyazıda Amerika əvəzinə Rusiya yazılıb.

Belə ki, Suriyadakı vəziyyət barədə müsahibə verən qadının ərəb dilindəki nitqi zamanı Amerikanın adı çəkilsə də, süjet zamanı alt yazıda Rusiya yazılıb.

Alt yazıda qeyd olunub:

"Hücum yetərli olmadı. Biz bunun davamını istəyirik. Rusiya İran və "rejim" qüvvələri torpaqlarımızı tərk etməlidir. Çünki onlar bizim torpaqlarımızı işğal ediblər".

Əslində isə, qadın, ümumiyyətlə, Rusiya sözü işlətməyib. Süjeti görən ərəb dilini bilən şəxslər kanalın rəsmi Facebook səhifəsində onları qınayıblar.



"Tərcümədə səhvə yol verməklə insanları niyə aldadırsınız? Qadın Birləşmiş Ştatlar deyir, siz isə "Rusiya, İran və rejim" kimi tərcümə edirsiniz".

Süjetin sosial şəbəkələrdə etiraz doğurduğunu görən kanal rəhbərliyi açıqlama vermək və üzr istəmək məcburiyyətində qalıb.

"Ötən gün Suriya ilə bağlı yayımlanan süjetdə alt yazı ilə görüntü uyğun olmayıb. Biz bunu bu gün gördük və səhvimizi düzəltdik".

Qeyd edək ki, aprel ayının 13-də ABŞ, Böyük Britaniya və Fransa ilə birlikdə kimyəvi silahdan istifadə iddiası ilə Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb.

VOİCEPRESS.AZ


Ранее » Peskov: "Rusiya prezidenti Ermənistanda baş verənləri diqqətdə ...« Далее Trampla Kim Çen arasında gizli görüş olub