Suriyaya yeni ordu gəlir

Dünya

477

Suriyaya yeni ordu gəlir
ABŞ Prezidenti Donald Trampın administrasiyası Suriyanın şimal-şərqindəki ABŞ hərbi kontingentini ərəb ölkələrindən olan hərbçilərlə əvəzləmək istəyir.

VOİCEPRESS.AZ
xəbər verir ki, “Vol Strit Jurnal” qəzeti bir müddət əvvəl bununla bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri general Abbas Kamala zəng etdiyini və bu planın reallaşdırılmasında Vaşinqtona yardım etməsini istədiyini yazıb.

“Bundan öncə ABŞ Prezident Administrasiyası Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə müraciət edərək, Suriyanın şimal hissəsinin bərpası üçün onlardan 1 milyard dollar istəyib. Vaşinqton yeni təşəbbüsü ilə Suriyanın təhlükəsizlik zonasında vakuumun yaranmasından qaçmağa cəhd edib”, - məlumatda bildirilir.

Qəzetə açıqlama verən Yaxın Şərq İnstitutu Analitik Mərkəzinin əməkdaşı Çarlz Lister ABŞ-ın bu planının reallaşacağına inanmadığını bildirib:

“Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə mövcudluqlarını saxlayırlar. Misir isə öz növbəsində Bəşər Əsədin idarə etmədiyi əraziləri qorumaq istəmir. Buna görə də ərəb ölkələri ABŞ-ın burada öz qoşunlarının bir hissəsini saxlamasını istəyəcək. Əks təqdirdə onlar öz ordularını Suriyaya göndərməyəcəklər”.

Qeyd edək ki, Türkiyənin terrorçuların məskunlaşdığını bildirdiyi və hədəf olaraq göstərdiyi Menbiçdə ABŞ kontingenti yerləşir.

VOİCEPRESS.AZ


Ранее » Tanzaniyada daşqınlarda 9 nəfər həlak olub« Далее Fransa Əsədə verdiyi “Legion” ordenini geri alır