Tanzaniyada daşqınlarda 9 nəfər həlak olub

Dünya

99

Tanzaniyada daşqınlarda 9 nəfər həlak olub
Tanzaniyanın Dar əs Salam şəhərində davam edən güclü yağışlar nəticəsində ən azı 9 nəfər həlak olub.

VOİCEPRESS.AZ
bildirir ki, bunu şəhərin polis rəisi Lazaro Mambosasa bildirib.

Qeyd edək ki, yağışlar artıq 3 gün dayanmadan davam edir. Mambosasanın sözlərinə görə, ölənlərin arasında uşaqlar, qadınlar və kişilər var: "Yağış davam etdiyindən onları sayı arta bilər".

Yerli "Citizen" nəşri isə bildirib ki, daşqınlar evlərin uçmasına, nəqliyyat vasitələrinə və infrastruktur obyektlərinə ziyan dəyməsinə səbəb olub. Şəhərin hakimiyyət orqanları məktəblərin bağlanmasını tələb edib.


VOİCEPRESS.AZ


Ранее » Çikaqoda 28 may Azərbaycanın Milli Günü elan edilib« Далее Suriyaya yeni ordu gəlir
Flag Counter