ABŞ, Britaniya və Fransa Suriyaya qarşı hərbi əməliyyata başlayıb

Dünya / Manşet

423

ABŞ, Britaniya və Fransa Suriyaya qarşı hərbi əməliyyata başlayıb
ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə Suriyaya qarşı hərbi əməliyyata başlayıblar.

VOİCEPRESS.AZ
-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

D.Tramp bildirib: "Mən ABŞ Silahlı Qüvvələrinə kimyəvi silah potensialı ilə bağlı obyektlərə yüksək dəqiqliklə zərbələr vurmağı əmr etmişəm. Hazırda Fransa və Birləşmiş Krallığın Silahlı Qvvələri ilə birgə əməliyyat həyata keçirilir".

Onun sözlərinə görə, Dəməşq kimyəvi silahdan istifadəni dayandırmayana qədər ABŞ Suriyaya qarşı "milli gücünün bütün vasitələrindən" istifadə etməyə hazırdır.

Tramp əlavə edib ki, ABŞ İran və Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir, lakin bu baş verməyədə bilər.

VOİCEPRESS.AZ


Ранее » BMT baş katibi: “Soyuq müharibə” qayıdıb« Далее Tereza Mey: "Suriyaya qarşı əməliyyat rejimin dəyişdirilməsin...
Flag Counter