Nəvaz Şərifə siyasətlə məşğul olmaq ömürlük qadağan edildi

Dünya / Maraq

189

Nəvaz Şərifə siyasətlə məşğul olmaq ömürlük qadağan edildi
Pakistanın Ali Məhkəməsi keçmi baş nazir Nəvaz Şərifə ömürünün sonunadək siyasətlə məşğul olmağı qadağan edib.

VOİCEPRESS.AZ
xəbər verir ki, məhkəmə qərarını aprelin 13-də açıqlayıb.

N.Şərifin cinayət işinə 5 hakimdən ibarət hakimlər kollegiyası baxıb. Onlar yekdilliklə sabiq baş nazirin siyasətdən uzaqlaşdırılmasına qərar verib.

Bir müddət əvvəl Pakistanın Ali məhkəməsi N.Şərifin Pakistan Müsəlman Liqası Partiyasının liderliyindən uzaqlaşdırılmasına dair hökm çıxarmışdı.

Qeyd edək ki, 2017-ci oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş baş nazir N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürmüşdü.

Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa vermişdi.

VOİCEPRESS.AZ


Ранее » "Facebook" Kadırovun səhifələrini niyə bağladı?« Далее Vanqanın 2018-ci il ilə bağlı proqnozları
Flag Counter