Almaniya televiziyası: "Ermənistanın gələcəyi yoxdur"

Dünya / YanPress / Manşet

729

Almaniya televiziyası:
Almaniyanın "ZDF" ictimai televiziyası Ermənistandakı çətin vəziyyət barədə süjet hazırlayıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, süjetə əsasən, Ermənistanda gündəlik həyatda korrupsiyaya bulaşan siyasət və tam yoxsulluq hökm sürür.

Jurnalist Volfqanq Tsimmermanın sözlərinə əsasən, gənclər kütləvi şəkildə Ermənistanı tərk edirlər.

Süjetdə 33 yaşlı erməni qızı Astqik Tarloyandan bəhs edilir. O, bir müddət əvvəl Almaniyaya qaçıb. Astqikin onlarla dostu da Ermənistanı tərk edərək Almaniyaya köçüb.

Jurnalist qeyd edir ki, Astqik və onun dostları sadəcə bir misaldır. Bu yaxınlarda keçirilən araşdırmaya əsasən, erməni gənclərinin üçdə ikisi ən qısa zaman ərzində Ermənistanı tərk etmək barədə düşünürlər. Onlar siyasi, sosial və iqtisadi vəziyyətdən narazıdırlar. Rəsmi rəqəmlərə görə, əhalinin 30%-dən çox hissəsi yoxsulluq həddindədir. Təbii ki, real rəqəmlər daha yüksəkdir.
"Korrupsiya indeksinə görə, Ermənistan Efiopiya, Makedoniya və Vyetnamla birlikdə 107-ci pillədədir. Ölkənin iqtisadiyyatı bir neçə oliqarxın əlində cəmləşib. Hakim elitanın yaxın qohumu və ya dostu olmayanlar bizneslə məşğul ola bilməzlər. Ölkədə məhkəmə sistemi tam asılı formadadır. Bu isə investorlar üçün öldürücü zərbədir", - deyə jurnalist reportajda qeyd edib.

"Perspektivin olmaması gənclərin kütləvi köçü ilə nəticələnir. İl ərzində neçə insanın köç etməsini ancaq ehtimal etmək olar. Hökumət 30-40 min insanın il ərzində Ermənistanı tərk etdiyini etiraf edir. Əsasən Rusiyaya köç edilir. SSRİ dağıldıqdan sonra, Ermənistan 16-30 yaş arası bir milyondan çox insanını itirib. Bu isə, əhalinin üçdə biri deməkdir. Bu rəqəm isə, getdikcə artır",- "ZDF"in reportajında belə qeyd edilir.

Sonra isə kanal qeyd edir ki, erməni rəhbərliyi bunu vecinə almır: "Görünür, kütləvi köç onlara sərf edir. Çünki yaxşı təhsilli gənclərlə birlikdə potensial inqilabçılar da ölkəni tərk edirlər. Belə çıxır ki, etiraz edənlər nümayişə çıxmır, ölkəni tərk etməklə etirazlarını bildirirlər".

VOİCEPRESS.AZ


Ранее » İsveçrə ermənilərin qondarma soyqırım abidəsi ucaltmaq istəyi...« Далее Kremldən Ermənistandakı hadislərə REAKSİYA