Daha üç ölkə rus səfirlərini XİN-ə çağırdı

Dünya

495

Daha üç ölkə rus səfirlərini XİN-ə çağırdı
Polşa ilə bərabər, daha üç ölkə Rusiya səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Litva, Latviya və Estoniyada XİN-ə çağırılan rus səfirlərin diplomatların ölkədən çıxarılması ilə bağlı xəbərdar ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Polşa XİN Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı xəbərdarlıq edib.

26 martda Avropanın bir sıra ölkəsindən rus diplomatların çıxarılacağı barədə məlumat yayılmışdı.

VOİCEPRESS.AZ


Ранее » Polşa rus diplomatlarını ölkədən qovur« Далее Peskov: "Həlledici qərarı Putin verəcək "
Flag Counter