Vəliəhdlə Tramp arasında 35 milyardlıq müqavilə...

Dünya

306

Vəliəhdlə Tramp arasında 35 milyardlıq müqavilə...
ABŞ Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla Yaxın Şərqdəki konfliktləri müzakirə edəcək.

VOİCEPRESS.AZ xəbər verir ki, görüş zamanı əsas müzakirə mövzusunun Suriya və Yəmən məsələləri olacağı vurğulanıb. Tərəflərin Suriyada Rusiyanın fəaliyyəti və Yəməndə İran raketlərinin yayılmasının qarşısının alınmasına xüsusi diqqət yetirəcəkləri bildirilib.

Ağ Ev görüşlə əlaqədar yaydığı bəyanatda Moskvanın Vaşinqton və Ər-Riyadla münasibətləri sarsıtdığını açıqlayıb:

"Rusiya BMT Təhlükəsizlik Şurasında İran rejiminin ballistik raket proqramına görə məsuliyyətə cəlb edilməsinə mane olub. Moskva həm də Səudiyyə Ərəbistanına onun hava hücumundan müdafiə sistemini təkmilləşdirməyi təklif edib".

Bəyanatda həmçinin bin Salmanın ABŞ-a səfəri zamanı 35 milyard dollarlıq müqavilə imzalanacağı bildirilib. Bunun ABŞ-da 120 min iş yerinin açılmasına yardım edəcəyi qeyd edilib.



VOİCEPRESS.AZ

Ранее » Çin ABŞ-la ticarət müharibəsi başlamaq istəmir« Далее Çavuşoğludan ABŞ-dakı vacib görüş ilə bağlı açıqlama
Flag Counter