İngiltərə: Rusiyadakı Dünya çempionatına qatılmayacağıq

Dünya

972

İngiltərə: Rusiyadakı Dünya çempionatına qatılmayacağıq
İngiltərə hökməti bu il Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatına qatılmayacaq.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə ölkənin baş naziri Tereza Mey açıqlama verib.

Buna səbəb sabiq Rusiya agenti Sergey Skripal və qızı Yuliyanın İngiltərədə zəhərlənməsi olub. İngiltərə bu olayda Rusiyanın günahkar olduğunu bildirir.

Tereza Mey Rusiya ilə əlaqələrin tamamilə kəsilməsinin milli maraqlarına zidd olduğunu, amma bu ölkə ilə yüksək səviyyəli əlaqələrin kəsiləcəyini bildirib. Baş nazir, həmçinin 23 rus diplomatın ölkədən deportasiya olunması barədə qərar qəbul edib və onlara ölkəni tərk etmək üçün bir ay vaxt verib.

Baş nazir, həmçinin bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İngiltərəyə səfəri ləğv olunub. Hökumətdən heç kim, nazir və kral ailəsinin hər hansı bir nümayəndəsi Dünya çempionatına qatılmayacaq.


Sergey Skripal və qızı Yuliya


Qeyd edək ki, Sergey Kripal və qızı mənşəyi bilinməyən maddədən zəhərlənib. Onlar bir parkdakı skamyanın üzərində tapılıb və xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin ömürlük şikəst olduğu bildirilir.

Skripalın 2010-cu ildə yüksək vəzifəli bir agentin dəyişdirilməsi əməliyyatında yer almışdı. Rusiya məhkəməsi onu İngiltərəyə agentlik etməsi ittihamı ilə 2006-cı ildə 13 il azadlıqdan məhrum etmişdi. 2010-cu ildə ABŞ-da tutulan 10 rus agent Astriyanın paytaxtı Vyanaya gətirilmiş və Rusiyanın casusluqda ittiham edərək həbs etdiyi 4 nəfərlə dəyişdirilmişdi. Dəyişdirilmədən sonra sərbəst buraxılan Skripal həmin vaxtdan İngiltərədə yaşayırdı.

Rusiya MI6 üçün Avropada gizli kəşfiyyat işləri aparmış Skripalın 1990-ci ildən etibarən İngiltərə kəşfiyyatına sızdırdığı məlumatlar qarşılığında 100 min dollar aldığını açıqlamışdı.

Qeyd edək ki, İngiltərə millisi 14 iyun - 15 iyul tarixlərində keçiriləcək Dünya çempionatında Belçika, Panama və Tunislə birlikdə G qrupunda mübarizə aparacaq. İngilislər iyunun 18-də Tunis, 24-də Panama, 28-də Belçika ilə qarşılaşacaq.

VOİCEPRESS.AZ


Ранее » Alman televiziyası türk əsgərini "işğalçı"adlandırdı« Далее ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb: ölənlər var