Putin: "Merkel mənə pivə göndərir"

Dünya / Maraq

1 719

Putin:
Vladimir Putin Almaniya kansleri Angela Merkelin zaman-zaman ona bir neçə şüşə "Radeberger" şirkətinə məxsus pivə göndərdiyini deyib.

VOİCEPRESS.AZ
sputniknews-a istinadən xəbər verir ki, "PUTİN" adlı film üçün danışan Rusiya prezidenti Angela Merkelin ona Şərqi Almaniyada KQB agenti olaraq çalışdığı dönəmdə içdiyi və sevdiyi "Radeberger" pivələrindən göndərdiyini etiraf edib:

"Zəiflik göstərmək haqqım yoxdur"

Putin filmdə fərqli situasiyalarda özünü necə kontrol edə bildiyini də izah edib:

"Bir insan qəzəblənərkən zəiflik göstərir. Mənim mövqeyimdəki bir insanın zəiflik göstərmək haqqı yoxdur" deyib. Putin vəzifə müddətində enerjisini qorumağının sirrini "etdiyin işin doğru olduğundan əmin və həyatını işinə həsr etməyə hazır olmalısan" sözləri ilə izah edib.

Rusiya liderinin həyatından bəhs edən "PUTİN" adlı yeni sənədli film artıq Odnoklassniki-də yayımlanıb.

VOİCEPRESS.AZ


Ранее » Yerə asteroid yaxınlaşır« Далее Yaponiya tarixində ən böyük xəzinə tapıldı