İran qəzaya uğrayan türk təyyarəsi ilə bağlı iddiaları təkzib etdi

Dünya

1 089

İran qəzaya uğrayan türk təyyarəsi ilə bağlı iddiaları təkzib etdi
İran iki gün əvvəl qəzaya uğrayan türk təyyarəsi ilə bağlı sosial şəbəkədə yayılan iddiaları təkzib edib.

VOİCEPRESS.AZ
xəbər verir ki, ötən gün "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus "Bombardier Challenger 600" təyyarəsi İranda qəzaya uğrayıb. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış. Mine Başaran təyyarəyə minməzdən əvvəl rəfiqələri ilə birlikdə selfi çəkib, sosial şəbəkədə yayıb. Qəza nəticəsində sağ qalan olmayıb.

Qəzadan sonra sosial şəbəkələrdə pilotların təyyarəni təcili endirmək üçün İrandan icazə istəməsi, İranın isə icazə verməməsi ilə bağlı şayiələr yayılıb.

İranın Aviasiya təşkilatından məsələyə aydınlıq gətirilib. Bildirilib ki, səsləndirilən iddialar əsassızdır. Belə bir təklif olmayıb.

"Təyyarə əvvəlcə yerə doğru yaxınlaşıb, sonra sürət yığmaq istəyərkən radardan itib və qəzaya uğrayıb".

VOİCEPRESS.AZ


Ранее » NASA-nın rəhbəri istefaya gedir« Далее Valeri Gerasimov: “ABŞ-ın hücumlarına cavab verəcəyik”