• 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 12:36 – Ukraynada 20 Yanvar Bakı qırğını ilə bağlı silsilə filmlər hazırlanacaq 11:20 – Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan 1-i ləğv edilir, 6-sı isə birləşdirilir - SİYAHI 11:06 – Hansı məmurlara xidməti avtomobil veriləcək? - Prezidentdən TAPŞIRIQ - Siyahı hazırlanacaq 10:34 – “İdaretmə aparatı çox şişmişdi” - Deputat Prezidentin son islahatlarını yüksək dəyərləndirdi 
  • 21:46 – “Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi 
  • 18:10 – Dubayda “Azərbaycan Ticarət Evi” açıldı 
  • 23:07 – Güclü külək Bakıda fəsadlar törətdi 

Qazaxıstanda Rusiya hərbi bazasını partlatmaq istədilər

Qazaxıstanda radikallar rus hərbi hissəsini ələ keçirməyə cəhd edib. VOİCEPRESS.Az-ın məlumatına görə, Qazaxıstanın Qaraqanda vilayətində rus hərbi hissəsinə hücum etməyi planlaşdıran bir qrup şəxs həbs edilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, onlar Qazaxıstanın Balşax şəhərində yerləşən hərbi hissəyə hücum planlaşdırıblar. Plana görə, silahlı şəxslər hücumdan sonra ölkəni tərk edərək Suriyaya getməli idilər.
Gülşad qəsəbəsində keçirilən əməliyyat zamanı döyüşçülərdən biri üzərindəki partlayıcını işə salıb və aldığı yaralardan həyatını itirib. Terrorçulardan silah-sursat və partlayıcı vasitələr götürülüb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Vladimir Jumakov həbs edilənlərin sayının 6 nəfər və onların yerli vətəndaş olduğunu açıqlayıb. O, faktı təsdiqləyərək vurğulayıb ki, həmin şəxslər Qaraqandada yerləşən hərbi bazaya hücum etməyi planlaşdırıb.
İyunun 5-də bir qrup silahlı şəxs Qazaxıstanın Aktobe şəhərində iki silah mağazasına və hərbi hissəyə hücum edib. Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla 7 nəfər öldürülüb.

Hücumdan sonra şəhərdə antiterror əməliyyatı rejimi tətbiq edilib.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter