Türkiyə və ABŞ generalları bir arada

Dünya / Manşet

549

Türkiyə və ABŞ generalları bir arada
Brüsseldə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın müdafiə naziri Ceyms Mettis arasında görüş başlayıb.

VOİCEPRESS-in verdiyi xəbərə görə, Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatıdır. Bundan başqa ABŞ-ın Türkiyəyə qarşı olan terror təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə arasında yaranmış gərginliyə dair məsələlər ətrafında da müzakirələr aparılır.

Qeyd edək ki, son günlər Türkiyə rəsmiləri fasiləsiz olaraq bu ölkənin sərhəd qonşuluğunda PKK/PYD/YPG/İŞID terror qruplaşmalarına hərtərəfli yardım göstərilməsini əsas tutaraq ABŞ tərəfini kəskin ittiham edirlər.




VOİCEPRESS.AZ

Ранее » RUSİYADAN TÜRKİYƏYƏ ÇAĞIRIŞ« Далее Afrində qızğın döyüş başladı