Sezen Aksu: "Ermənilərə canım qurban" - FOTO

Dünya / Manşet

1 377

Sezen Aksu:
Türkiyənin ən məşhur müğənni və bəstəkarlarından biri Sezen Aksu İstanbulda yeni istifadəyə verilmiş "Zorlu Center PSM" mərkəzində səhnəyə çıxıb.

VOİCEPRESS-in verdiyi xəbər görə, Fahir Atakoğlu ilə yanaşı, erməni Ara Dinkyanın rəhbərlik etdiyi orkestrin müşayiəti ilə oxuyan Sezen Aksu iki mahnı oxuyandan sonra zalı salamlayıb və danışmağa başlayıb.

"Bura çox moderndir. Dünyanın çox yerində oldum, ölkəmizdə də gözəl salonlarda oxudum. Buraya gələndə həqiqətən də heyran qaldım. Belə bir məkanımızın olduğu məni sevindirir", - deyən müğənni daha sonra 1996-cı ildə təyyarə qəzasında həlak olmuş əri, erməni Onno Tunçdan danışıb.

"Bilirsiniz, Onno ermənidir və mən də 10 il ermənilərin gəlini oldum. Onlara canım qurban! Dolayısıyla bütün ermənilər, təbii ki, mənim qohumlarımdır", - müğənni söyləyib.

Sezen Aksu: "Ermənilərə canım qurban" - FOTO

P.S.

Bu qədər gözəl səsə və musiqi duyumuna malik bir türkümüzün olduqca türk demişkən "kötü" zövqünə sadəcə təəcüblənmək mümkündür! Demək ki, sevgi dolu, həzin səsin arxasında dayanan, təsəvvür etdiyimizdən bəlkə daha böyük ürəyə sahibdir deyə, sandığımız bir insanın öz ürəyini türkün düşməni hesab edilən erməniyə o canını qurban edəcək qədər ucuzmuş. Görünür Sezen Aksu Zori Balayanın 13 yaşlı türk uşağının diri-diri dərisini soyub, sonradan türk uşaqlarının qətlinin ona necə həzz verdiyini ifadə etməsi belə müğənninin qohumluq bağlarının qırıldığı an imiş...
Türkün qanını tökəndən türkə nə qohum olar, nə də can. Erməni uğruna qurban verilən "can" isə elə erməninin özü kimi saxta bir "candır" demək...




VOİCEPRESS,AZ


Ранее » 200-dən çox məktəb bağlandı - Qrip virusu« Далее Nazir: “Tramp Rusiyaya qarşı yeni sanksiya təklifini alqışlayı...