Suriyada 600 Rusiya vətəndaşı ölüb? - Kremldən AÇIQLAMA

Dünya / Manşet

198

Suriyada 600 Rusiya vətəndaşı ölüb? - Kremldən AÇIQLAMA
“Suriyada 600 rus hərbçisinin öldürülməsi barədə xəbər həqiqətə uyğun deyil”. VOİCEPRESS-in verdiyi xəbəə görə, Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Biz Suriya ordusuna yardım məqsədilə hərbi əməliyyatlarda iştirak edən Rusiya Müdafiə Nazirliyinin hərbçiləri haqda məlumata sahibik. Suriyada ola biləcək digər Rusiya vətəndaşları haqqında heç bir informasiyaya malik deyilik, bu cür suallarla bağlı Müdafiə Nazirliyinə müraciət etməyinizi məsləhət görürük”.

Qeyd edək ki, Rusiya KİV-i daha iki rusiyalının ölümü barədə məlumat yaymışdı.



VOİCEPRESS.AZ

Ранее » İRANDAN QUŞ ƏTİ İDXALINA QADAĞA QOYULDU - "QUŞ QRİPİ" TƏHLÜKƏSİ« Далее Fələstin İsraillə birbaşa danışıqlara hazırdır