CAR-da hakim partiya prezidentə postunu tərk etmək üçün 48 saat vaxt verib

Dünya / Manşet

504

CAR-da hakim partiya prezidentə postunu tərk etmək üçün 48 saat vaxt verib
Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt verib.

VOİCEPRESS-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partiyanın lideri Siril Ramafosa dövlət başçısının iqamətgahına gələrək partiyanın qərarını C.Zumaya açıqlayıb.

Müxalifət 2014-cü ildən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırılır. Prezident ona qarşı irəli sürülən ittihamları rədd edir.

Qeyd edək ki, Ceykob Zumanın prezident postunda səlahiyyətlərinin müddəti 2019-cu ildə başa çatır.





VOİCEPRESS.AZ


Ранее » ABŞ Rusiya ilə dialoqa hazırdır« Далее İRANDAN QUŞ ƏTİ İDXALINA QADAĞA QOYULDU - "QUŞ QRİPİ" TƏHL...