• 00:06 – Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO 23:26 – Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı 22:57 – Güclü külək Şamaxıya da ziyan vurdu 22:39 – İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur 21:37 – “Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev 
  • 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 
  • 08:26 – Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı 
  • 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 

Gənc oğlan öz “iPhone”u ilə nikah bağladı

ABŞ-ın Las-Veqas şəhərində növbəti qeyri-adi toy baş tutub. VOİCEPRESS.Az-ın məlumatına görə, amerikalı Aaron Çervenak öz “iPhone”u ilə nikaha girib.

Ancaq amerikalı bunu gülüş xatirinə etməyib. O, bu hərəkəti ilə ictimaiyyətin diqqətini bir fakta yönəldib. Onun fikrincə, müasir insanlar öz cihazlarından həddindən artıq asılı vəziyyətə düşüb və real həyatın mövcudluğunu unudublar.

Gənc oğlan telefonu ilə nikaha girərək insanların virtual dünyaya daha çox diqqət ayırmasına etirazını bildirib. "Əslində, hamı gərək real həyatda bir-birinin varlığından həzz alsın və bir-birini həqiqətən sevsinlər. Hərçənd bir-birimizə cəmiyyəti və sevmək əsl zövq olmalıdır. Həqiqət isə belədir ki, biz bu gün tamamilə öz telefonlarımızdan asılıyıq".
Aaron Çervenakın sözlərinə görə, insanlar telefonlarında rahatlıq, sevinc axtarırıq və bu, tam münasibətləri əvəz edə bilər. "İnsanlar onlarla gününün 24 saatını keçirir. Onlar öz smartfonları ilə yatır, smartfonları ilə oyanırlar. Hətta bəzi mənalarda bizim smartfonlarla ən uzunmüddətli münasibətlərimiz belə mövcuddur”, - deyə gənc bildirib.

Las-Veqas şəhərində baş vermiş bu qeyri-adi toy dünya mətbuatının marağını cəlb edib. Öz növbəsində Aaron ümid edir ki, onun bu hərəkəti kimlərisə öz davranışı barədə düşünməyə vadar edəcək.

A.Çervenak tərəfindən çəkilmiş video ictimaiyyətin cihazlara olan sevgisinin “simvolik jesti” kimi qiymətləndirilir. Həmin videonu sizə də təqdim edirik:


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter