Söyün Sadıqov: “Qonşu dövlətlər arasında qarşılıqlı münasibət, puldan daha çox qiymətlidir”

Dünya / Manşet

4 212

Söyün Sadıqov: “Qonşu dövlətlər arasında qarşılıqlı münasibət, puldan daha  çox qiymətlidir”
Bunu VoicePress.az-a açıqlamasında Rusiyanın Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri Söyün Sadıqov deyib. Onun sözlərinə görə, bu cür anlaşılmazlıq mümkün deyil: “İlk əvvəl ona görə ki, Gürcüstana gedən təbii qaz borularının hamısını hələ 1995-ci ildə SOCAR tikib. Ona görə də, həmin infrastruktur SOCAR-a məxsusdur. İkincisi Rusiyanın Gürcüstana təbii qaz idxal etməsi, o qədər də gəlirli olmayacaq. Çünki Qazprom SOCAR-a güzəştə getməlidir, çünki bütün avadanlıqlar Socarındır. Daha yaxşı olar ki, Qazpromun baş meneceri Miller hələ bir Rusiyada yaşayan bütün insanları təbii qazla təmin edə bilsin. Nəticədə müəyyən qədər rusiyalının yaşayış səviyyəsi yaxşılaşardı. Belə olan halda Rusiya Qafqazda strateji müttəfiqi hesab edilən Azərbaycanla da, qarşıdurma yaşamaz. Bu da Rusiyanın həmin yerdə geosiyasi maraqlarını qoruyub saxlamaqda yardımçı olmuş olar. Gürcüstan vətəndaşları yaxşı bilir ki, onların evində və mənzillərində nə qədər təbii qaz olmayıb. Onlar Azərbaycan hökümətinin və Azərbaycanıən təbii qazının sayəsində sivilizasiyaya qədəm qoydular. Qonşu dövlətlər arasında qarşılıqlı münasibət, puldan daha çox qiymətlidir. Yəni ola bilərmi ki, indi liberalist Miller Azərbaycan, Rusiya və gürcüstan kimi dövlətlərin əsrlərdir davam edən münasibətinə xələl gətirə biləcək?”






Ülkər


Ранее » Söyün Sadıqov: “Avrasiya İttifaqının qurulmasına təkan verm...« Далее PAMF Pakistanda Xocalıya həsr olunmuş seminarlar təşkil etdi...