Ərəb dənizində helikopter qəzaya uğradı

Dünya

162

Ərəb dənizində helikopter qəzaya uğradı
Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin Tvitter səhifəsində insidentin yanvarın 13-də səhər saatlarında baş verdiyi bildirilir. Helikopterdə iki pilotdan başqa, Ərəb dənizində yerləşən buruqların birinə yollanan Hindistanın neft və təbii qaz üzrə komissiyasının 5 əməkdaşı da olub.

Helikopter havaya qalxdıqdan bir qədər sonra onunla əlaqə kəsilib. Xilasedicilər hadisədən bir neçə saat sonra Mumbay şəhərindən 50 kilometr uzaqlıqda helikopterin qalıqlarını aşkarlayıblar.

Hazırda qəza nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib, 3 nəfərin taleyindən isə hələlik xəbər yoxdur. Qəzanın səbəbləri məlum deyil.

VOİCEPRESS.AZ


Ранее » Ukrayna 1500 əcnəbiyə qadağa qoydu« Далее Ukraynada 6 nəfər ölüb, onlardan 4-ü uşaqdır