Nazarbayevlə Tramp Rusiyanı müzakirə edəcək

Dünya

126

Nazarbayevlə Tramp Rusiyanı müzakirə edəcək
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ABŞ-a rəsmi səfəri zamanı Donald Trampla Suriya və Əfqanıstan məsələləri ilə yanaşı Rusiya ilə münasibətləri də müzakirə edəcək.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktor müavini Sənət Kuşkumbayev "Kazinform" dövlət agentliyinə açıqlamasında deyib.

Siyasi baxımdan regional və qlobal təhlükəsizlik məsələlərinin həlli və təşviqi ilə bağlı əməkdaşlıq edirik. Suriya məsələsi ilə yanaşı, xüsusilə Əfqanıstan məsələsi müzakirələrin mərkəzində olacaq. ABŞ-ın Avrasiya strategiyası kimi Rusiya ilə əlaqələr də müzakirə ediləcək "

Qeyd edək ki, Nazarbayevin yanvarın 16-18-də ABŞ-a səfər edəcəyi gözlənilir.

VOİCEPRESS.AZ


Ранее » İraq türkmanları seçkiyə gedir« Далее Tramp porno ulduza 130 min dollar ödəyib