Bu il üç dəfə Günəş tutulması baş verəcək

Dünya / Manşet

306

Bu il üç dəfə Günəş tutulması baş verəcək
Bu il üç dəfə Günəş tutulması (qismən tutulma) baş verəcək. Onlardan ikisi cənub, biri isə şimal yarımkürəsini əhatə edəcək.

VOİCEPRESS.AZ- ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından AzərTac-a bildiriblər ki, fevralın 15-də Bakı vaxtilə saat 22:55-dən 02:47-dək baş verəcək Günəş tutulması Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

İyulun 13-də baş verəcək Günəş tutulması Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə ediləcək. Avqustun 11-də Bakı vaxtilə 12:02-dən 15:30-dək baş verəcək Günəş tutulması isə Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

VOİCEPRESS.AZ

Ранее » Rus bazasına hücumu Əsəd rejimi təşkil edib« Далее Ermənistan ordusunun əsgərləri psixoloji gərginlik içərisindədirlər