ABŞ Dövlət Departamenti İstanbuldakı partlayışı əvvəlcədən bilirdi?

Dünya / Manşet

2 996

ABŞ Dövlət Departamenti İstanbuldakı partlayışı əvvəlcədən bilirdi?
ABŞ Dövlət Departamenti İstanbulun Atatürk hava limanında baş verən terror aktından əvvəl vətəndaşlarına xəbərdarlıq etmişdi.

VOİCEPRESS.Az-ın "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin bundan əvvəl ABŞ vətəndaşlarının Türkiyəyə səfəri ilə bağlı yayımladığı xəbərdarlığı yeniləməsindən sonra Atatürk hava limanında partlayış olub.

Xəbərdarlıqda ABŞ vətəndaşları terror hücumları və bəzi terrorçu qrupların təhdidləri səbəbindən Türkiyədə səyahətləri zamanı diqqətli olmağa çağırılıb.

Qeyd edək ki, hava limanında törədilən terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.


VOİCEPRESS.AZ

Ранее » Ərdoğandan terror bəyanatı« Далее Son vəziyyət: 36 ölü, 150 yaralı