ABŞ Sərkisyanın "vor zakon" dostuna sanksiya tətbiq etdi

Dünya / YanPress

216

ABŞ Sərkisyanın
ABŞ Rusiya və keçmiş SSRİ ölkələrindən olan 10 kriminal avtoritetin və iki şirkətin adını sanksiyalar tətbiq edilmiş şəxslərin siyahısına daxil edib.

VOİCEPRESS.AZ
virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Siyahıya bu "qanuni oğru"ların adları daxil edilib: Yuri Piçugin (Piçuqa), Ruben Tatulyan (Robson), Alimjan Toxtaxunov (Tayvançik), Vladimir Türin (Türik), Zaxari Kalaşov (Şakro Molodoy), Vasili Xristoforov (Voskres), Kamçibek Kolbayev (Kamçi Bişkekski), Laşa Şuşanaşvili (Laşa Rustavski), Vladislay Leontyev (Vadik Belıy) və Qafur Rəhimov.

Suyahıya həmçinin Ruben Tatulyana məxsus olduqları iddia edilən "Spa-otel Vesna" QSC və "Novıy vek-Media" MMC-nin adı daxil edilib.

ABŞ Maliyyə Nazirliyi qeyd edir ki, bütün bu şəxslər ABŞ, Rusiya, Yunanıstan, İspaniya və Ukrayna ərazilərində fəaliyyət göstərən "Qanuni oğrular" təşkilaıt ilə bağlıdırlar.

Virtualaz.org qeyd edir ki, ABŞ-ın sanksiya tətbiq etdiyi "vor zakon"lardan biri-"Robson" ləqəbli Ruben Tatulyanın Ermənistan hakim elitası ilə sıx əlaqələri, hətta prezident Serj Sərkisyanla dostluq münasibətləri var. Bu ilin may ayında Çexiya polisi Karlovı-Varı şəhərindəki restoranlardan birində keçmiş sovet respublikalarından olan bir qrup "vor zakon"un toplantısının qarşısını almışdı və həmin əməliyyat zamanı "Robson" da daxil olmaqla bir neçə nəfər saxlanılmışdı.


VOİCEPRESS.AZ


Ранее » “Quldur Sarkisyan məndən yüzlərlə milyon dollar qoparıb”« Далее Erməni lobbisinin cəhdi növbəti dəfə uğursuzluqla nəticələndi