Ermənistanla Rusiya arasında gərginlik pik həddə çatıb - VİDEO

Dünya / YanPress / Manşet

333

Ermənistanla Rusiya arasında gərginlik pik həddə çatıb - VİDEO
Ermənistanla Rusiya arasında gərginlik pik həddə çatıb. Ermənilər Rusiya hərbi bazasının ölkədən çıxarılması üçün iş aparırlar. İki dövlət arasında yaranan soyuqluq Rusiya kütləvi informasiya vasitələrinin gündəmindən düşmür.

VOİCEPRESS.AZ
xezerxeber.az-a istinadən bildirir ki, Ermənistanda "qonaq" olan ruslar buranı özlərinə doğma bilməməlidir. Rusiyanın məşhur rusbalt saytında yayımlanan muəllif yazısında Andrey Nikolayev Ermənistandakı Anti-Rusiya abu-havasını məhz bu cümlə ilə ifadə edib.

Məqalədə qeyd olunur ki, ermənilər İrəvan-Gorus-Mehri yolunun 40-ci kilometrliyində rus əsgərlərinin təmir işləri aparmasına imkan verməyib. Əvvəllər ruslardan asılılığı özlərinə şərəf bilən ermənilər , indi açıq şəkildə rus hərbçilərinin ölkədən çıxarılmasını tələb edir. Ermənilər hesab edirlər ki, əgər rusiya qoşunları ölkədən çıxarılsa onlara heç də xoş olmayan vəssal asılılığı başa çatacaq.
Bu yerdə kiçik bir xatırlatma etmək yerinə düşər. Ermənistan öz xoşu ilə 1992-ci ildə Türkiyə və İranla olan sərhədlərinin Rusiya tərəfindən qorunmasına razılıq verib. Sözsüz 25 il əvvəl Azərbaycanla müharibə şəraitində olan işğalçı ölkə öz sərhədlərinin müdafiə etmək iqtidarında deyildi. Bu müddət ərzində həm iqtisadiyyatı, həm hərbi sistemi ,həm də xarici havadarlardan asılı olduğu üçün ermənilər məcburi şəkildə ruslara dözməli olublar.

Müəllif qeyd edir ki, "gəzəyən qadın" statusunda olan Ermənistan , başından böyük addımlar atmaqdan çəkinmir. Buna əyani sübut kımı Ermənistanın sərhəddə rus sərhədçilərinin yolu təmir etməsinə mane olmasını gostərir. Andrey Nıkolayev Ermənistanın məşhur 'Lragir' nəşrində rus hərbçisinin 1 ailənin 7 üzvünü qətlə yetirməsinə Rusiyanın sakit yanaşmasına isə xüsusi diqqət ayırır.
Məsələyə munasibət bildirən Ermənistanın insan haqlari müdafiəçisi Artur Sakunçan Rusiyanı hədələməkdən də çəkinmir.
Avropa ittifaqı ilə əldə olunan razılıqlardan sonra isə Ermənistandakı anti-Rusiya abu havası pik həddə çatıb. Son vaxtlar aktiv bir şəkildə yeni havadarlar axtaran Ermənistanın bu addımına səbəb kimi İranla yaxınlaşmasını əsas gətirənlər də var.

Rəsmi Moskvanın açıq sualları çoxdur. Əgər, Rusiyanın hərbi qüvvələri Ermənistandan çıxsa, bu ölkəni kim müdafiə edəcək ? Ermənistanın qonşu ölkələrlə münasibətləri hər kəsə aydındır. Bir yanda işğala məruz qoyduğu Azərbaycan, digər tərəfdə də timsal göz yaşları tökərək ,soyqırımda ittiham etdiyi Türkiyə.

Məqalə bu fikirlərlə bitir - Ermənilər özləri də başa düşürlər ki, avropa ilə imzalanan sənədlər onlara həyat sığortası vəd etmir. Kasıb və kasad ermənistan Avropa üçün maraqli müttəfiq deyil və ola da bilməz . Bu günə kimi Rusiya , indi isə Qərbin kölgəsində özünə yer salan Ermənistan bir dövlət kimi varlığını hələ də dərk etmir.



VOİCEPRESS.AZ


Ранее » Lavrov Sərkisyanla görüşdü« Далее Rusiyadan İrəvana mesaj