Putinin bu sözündən sonra Rusiyanı gərgin 6 il gözləyir

Dünya / Manşet

711

Putinin bu sözündən sonra Rusiyanı gərgin 6 il gözləyir
Bu qafa ilə Rusiyanı daha mürəkkəb 6 il gözləyir.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin 13-cü illik mətbuat konfransında məşhur teleaparıcı Kseniya Sobçakın “hökumət ədalətli seçkilərdən qorxurmu” sualına cavabını şərh edən politoloq Şahin Cəfərli deyib.

“Putin ad çəkmədən bildirdi ki, Aleksey Navalnını seçkiyə buraxmayacaq. Səbəb isə Navalnının guya Saakaşviliyə çevrilə biləcəyi ehtimalıdır. Putin faktiki olaraq Navalnı haqqında məhkəmə qərarlarının bu şəxsin seçkidə iştirakını əngəlləmək üçün siyasi məqsədlə çıxarıldığını etiraf etmiş oldu. Yəni Putin qanun əsasında deyil, Navalnının inqilabçıya çevrilə biləcəyi ehtimalı əsasında Rusiya vətəndaşının konstitusion hüququnu əlindən alır, onu seçkiyə buraxmır. Bu qafa ilə Rusiyanı daha mürəkkəb 6 il gözləyir”, -politoloq bildirib.

VOİCEPRESS.AZ


Ранее » ABŞ-ın Suriyanı vurması nəticəsində 23 dinc sakin öldü« Далее Çin: "Paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövlətini d...
Flag Counter