Moldova Rusiya TV-lərinin yayımını qadağan etdi

Dünya

315

Moldova Rusiya TV-lərinin yayımını qadağan etdi
Moldova parlamenti Rusiya telekanallarının ölkədə yayımını məhdudlaşdıran qanun layihəsini qəbul edib.

VOİCEPRESS.AZ xəbər verir ki, qanun layihəsini parlamentdəki 101 deputatdan 61-nin dəstəklədiyi barədə açıqlama yayılıb. Qanun layihəsi əleyhinə Sosialistlər Partiyası və Kommunist Partiyası səs verib. Bu partiyaların deputatları qərara etiraz olaraq parlament zalını tərk ediblər.

Qeyd edək ki, qanun layihəsindəki qadağanın Rusiyanın məşhur telekanallarına aid olunduğu bildirilsə də, adlar açıqlanmayıb.

VOİCEPRESS.AZ

Ранее » Yəhudi nazirdən Moskvaya Qüds çağırışı« Далее Almaniyalı siyasətçi "Birləşmiş Avropa Ştatları" yaratmağı təklif ed...