Otelə hücum: Nazir öldürüldü

Dünya / Manşet

2 924

Otelə hücum: Nazir öldürüldü
Ötən gün Somalidə otelə hücum nəticəsində 15 nəfər öldürülüb. VOİCEPRESS.Az-ın məlumatına görə, həyatını itirənlərdən biri Somalinin ətraf-mühit naziri, keçmiş xarici işlər naziri Buri Buri Həmzədir.

İyunun 25-də "Əş-Şəbab" terror qruplaşması Somalinin paytaxtı Moqadişonun mərkəzində yerləşən "Naasa-Hablood" otelinə silahlı hücum edib. Nəticədə 15 nəfər ölüb, 25 nəfər müxəlif dərəcəli bədən xəsarətləri alıb.

BBC-nin yerli polisə istinadla xəbərinə görə, zərərçəkənlərin əksəriyyəti yoldan keçənlər və yaxınlıqdakı dükan və yanacaqdoldurma məntəqələrində olan şəxslərdir. Qeyd edilib ki, ən böyük zərər otelin qarşısında minalaçnmış avtomobilin partladılması nəticəsində dəyib.

"Onlar sadəcə içəri soxuldular və qarşılarına çıxan hər kəsə atəş açmağa başladılar. Mən əsas girişdən qaçdım", - deyə "Al-Jazeera" hadisənin şahidi olan Əli Mahmuddan sitat gətirib.

"Əş-Şəbab" terror qruplaşması mart ayında da paytaxt Moqadişoda terror aktı törətmişdi. Türkiyə səfirliyi yaxınlığında mikroavtobusun atəşə tutulması nəticəsində türk və Somali vətəndaşları ilə yanaşı bir Azərbaycan vətəndaşı, Göyçayın Ləkçılpaq kənd sakini də həlak olub. Bu, 34 yaşlı müəllimə Kəmalə İsmayılova olub. Hadisə zamanı onun yanında olan iki azyaşlı övladı da xəsarət almışdı.


VOİCEPRESS.AZ

Ранее » Daha bir ölkə Avropa İttifaqını tərk etməyə hazırlaşır« Далее Dəhşətli qəza: 30 nəfər öldü