• 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 23:16 – Astaradakı “Yanar bulaq” palçıq püskürdü - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 23:16 – Astaradakı “Yanar bulaq” palçıq püskürdü - VİDEO 

Roma Papası son anda "soyqırım" dedi

Roma papası Fransisk Ermənistana səfəri zamanı 1915-ci il hadisələrinə münasibət bildirib. VOİCEPRESS.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, papa olanları ermənilərə qarşı "soyqırım" adlandırıb.

Mənbədən əldə edilən məlumata görə, Ermənistana ziyarətinin ilk günündə papa nitqi zamanı əvvəlcədən mətnə daxil edilməyən fikirlərini söyləyib. Ekspromt deyilən nitqdə papa Fransisk Osmanlıların ermənilərə qarşı "soyqırım" törətdiyini bildirib.

Məqalədə yazılır ki, Serj Sarkisyana səmimi münasibəti ilə seçilən Roma papası Fransisk prezident sarayında çıxış edib. Nitqinə son anda əlavə etdiyi sözləri ilə Ermənistan prezidentinə, dövlət rəsmilərinə və dini liderlərə səslənib. Bundan sonra papanın çıxışı çox isti qarşılanaraq, ayaqüstə alqışlanıb.
Papa bu il sentyabrın sonu, oktyabrın əvvəllərində Azərbaycan və Gürcüstana da səfər edəcək. Azərbaycan və Gürcüstan səfərləri isə payızda baş tutacaq. Səfərin 30 sentyabr-2 oktyabr tarixlərində olacağı planlaşdılır. Adıçəkilən ölkələrə səfər Gürcüstanın patriarxı II İliya, Azərbaycan və Gürcüstanın dini qurumlarının dəvəti ilə olacaq.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter