Kilsədəki hücuma Trampdan ilk reaksiya

Dünya

900

Kilsədəki hücuma Trampdan ilk reaksiya
ABŞ Prezidenti Donald Tramp Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən Saterlənd Sprinqs bölgəsində naməlum şəxs tərəfindən “Birinci Baptist” kilsəsində baş verən hücuma reaksiya verib.

VOİCEPRESS xəbər verir ki, Yaponiyada səfərdə olan Tramp sosial media hesabında baş verən hadisə ilə bağlı paylaşım edib:

“Tanrı, Tanrı Saterlənd Sprinqs xalqının yanında olsun. Federal Təhlükəsizlik Bürosu (FBI) və polislər hadisə yerindədir. Baş verənləri Yaponiyadan izləyirəm”.

Qeyd edək ki, ABŞ-ın Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən Saterlənd Sprinqs bölgəsində naməlum şəxs tərəfindən “Birinci Baptist” kilsəsinə silahlı hücum təşkil edilib. Hücum nəticəsində 27 nəfərin öldüyü, 14 nəfər isə yaralandığı marədə KİV məlumat yayıb.

VOİCEPRESS.AZ


Ранее » Ər-Riyad Husinin başına 30 milyon pul qoydu« Далее “Bu, İranın Ərəbistana müharibə çağırışıdır”