Suriyada hava zərbələləri: 14 nəfər həlak olub, 32 nəfər yaralanıb

Dünya / Manşet

1 287

Suriyada hava zərbələləri: 14 nəfər həlak olub, 32 nəfər yaralanıb
ABŞ-ın rəhbərlik etdiyi beynəəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor şəhərinə hava zərbələri endirib.

VOİCEPRESS bildirir ki, hava zərbələri nəticəsində azı 14 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.

Məlumata əsasən, hava zərbələri hökümət qüvvələrinin nəzarəti altında olan Əl-Kusur rayonuna endirilib.

Londonda yerləşən "İnsan hüquqlarına riayət olunması üzrə Suriya monitorinq mərkəzi " qeyri-hökumət təşkilatı öz növbəsində bildirib ki, hava zərbələri nəticəsində 22 nəfər həlak olub.

VOİCEPRESS.AZ


Ранее » Putin XİN-in Türkiyə kuratorunu istefaya göndərdi« Далее Ukrayna Saakaşviliyə sığınacaq vermədi
Flag Counter