Söyün Sadıqov: “Avrasiya İttifaqının qurulmasına təkan vermək lazımdır”

Dünya / Manşet

3 997

Söyün Sadıqov: “Avrasiya İttifaqının qurulmasına təkan vermək lazımdır”
“Tezliklə 28 fevral, Ukraynanın paytaxtı Kiyevdə xarici xüsusi təyyinatlılar tərəfindən, ABŞ senatorları tərəfindən, Almaniyanın keçmiş XİN nazirləri və informsiya təbliğatı ilə dövlət çevvrilişi layihəsinin icrasından düz iki il ötür”. Bunu Moderator.az-a açıqlamasında Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəshbəri Söyün Sadıqov deyib. Onun sözlərinə görə, Ukraynadakı müxalifətçi əhali Yanukoviç olmasa daha yaxşı yaşayacaqlarına ümid edirdi:

“Əlbəttə, Maydanda müxalif yönlü insanlar hesab edirdilər ki, özlərini Yanukoviçin hejimindən azad etsələr, Ukraynada demokratiya olacaq, bir sözlə Ukrayna cənnətə çevriləcək. Əksinə hər şey tərsinə oldu. İki il müddətində Ukrayna əməlli başlı cəhənnəmə çevrildi. Krım yarımadasını itirdilər, Luqans və Donbasda vətəndaş müharibəsi baş qaldırdı, 2 mayda diri-diri Yanukoviç və Rusiya tərəfdaşları yandırıldı. Baxmayaraq ki, o yandırılan adamlar ilk növbədə Ukrayna vətəndaşları idi. Qısa müddət ərzində Ukrayna və Rusiya xalqı bir birlərinə nifrət etməyə başladılar, bir-birlərini təhqir etdilər, bir-birlərini öldürməyə başladılar. Biz bu gün də həmən bu abu-havanı Ukraynada rusiyalılar və ukraynalılar arasında görə bilərik. Bu gün hər iki tərəf bir birlərini məhv etmək nifrəti ilə alışıb yanır. Ukrayna hakimiyyəti avromaydançıların, ABŞ və Aİ-nın Ukrayna ilə bağılı ümidlərini doğrulda bilmədi. Ukrayna hakimiyyəti demokratik sivil cəmiyyət yaradaraq, cənnətə çevrilə bilmədi. Birincisi, əgər cəmiyyət hazır deyilsə, güclə sivil cəmiyyət və demokratiyaya nail olmaq mümkün deyil. Demokrat olmaq üçün, cəmiyyət özünüdərketməni və özünütəkminləşdirməni bacarmalıdır. İkincisi nə üçün Ukrayna cənnətə çevrilmədi? Çünki Ukraynada nə iqtisadiyyat inkişaf edib, nə də insan haqları qorunur. Diqqət yetirin, Ukraynada hakimiyyətə kim gəldi? Kravtsuk, Yuşenko, Kuçma və Yanukoviçin zamanındakı elə həmən siyasətçilər və məmurlardır. Onlar heç nə istəsələr də dəyişə bilməzdilər. Çünki onların özləri ya oliqarx idi, ya da hansısa oliqarxların kurasiyasında idilər. Üçüncüsü, ABŞ və Aİ dövlət çevrilişi edəndə, onların bir məqsədləri var idi və bu gün də var. Onlar Cənub slavyanlarını bir-birləri ilə vuruşdurmaq niyyətində idilər. Beləliklə də Rusiyanı 50-60 dövlətə ayıraraq, parçalamaq istəyirlər. Daha sonra Ukraynanı 6 dövlətə, belarusiyanı isə 3 dövlətə bölmək niyyətində idilər. Belə olan halda ABŞ dünya miqyasında yeganə hegemon dövlət olmağa nail ola biləcəkdi. Ukraynalılar yeni Ukrayna yaratmaq məqsədi ilə bütün dövləti öz əllərinə almalıdırlar və rusiya ilə barışmalıdırlar. Hesab edirəm ki, bu cür durumda mütləq surətdə Avrasiya İttifaqının qurulmasına təkan vermək lazımdır. Ukrayna, Belarusiya, Rusiya, Azərbaycan, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Gürcüstan və Ermənistan da bu təşkilata daxil olmalıdır. Bu bütün bu ölkələrin gələcəyi olmalıdır!”







Gülçin

Ранее » Şəriət polisi bu adama 10 il həbs və 2 min qırmanc cəzası verd...« Далее Söyün Sadıqov: “Qonşu dövlətlər arasında qarşılıqlı mün...